Bakının «İnter» klubundan ayrılaraq «Qarabağ»a keçən Andrey Rubins keçmiş klubunu ona aldatmaqda günahlandırıb. Qol.Az-ın müxbiri ilə söhbətində Rubins bildirib ki, «İnter» klubunun həqiqətən də ona borcu var və komanda «Qarabağ»a keçməsinin müqabilində bu pulu ödəmək istəmir: «Klub rəhbərliyi mənim mecerimə bildirib ki, əgər «Qarabağ»a keçsəm, o zaman, «İnter»in mənə olan üç aylıq borcunu və iki aylıq mükafatını ödəməyəcək. Belə çıxır ki, mən bu komandada beş ay pulsuz futbol oynamışam».
Andrey Rubins «İnter»in onu aldatdığını və fərqli müqavilələrə imza atdırdığını söyləyib: «Bu dəqiqə əlimdə olan ingilis dilindəki sənəddə açıq-aydın göstərilib ki, mənim «İnter»lə müqaviləm 2010-cu ilin iyunun 30-da başa çatır. Amma, demə, mənə Azərbaycan dilində imzalatdırılmış digər sənəddə müqavilənin müddəti iki il göstərilib».
Andrey Rubins Azərbaycan dilində olan sənədin müqavilə olması barədə ona heç nə deyilmədiyini bildirib: «Demə, bu da müqavilə imiş. Mənə isə bildirmişdilər ki, bu, sadəcə olaraq, çempionatda iştirak etmək üçün Peşəkar Futbol Liqasına göndərilməsi vacib olan bir sənəddir. Bu sənədin klubla futbolçu arasında imzalanan peşəkar müqavilə olması barədə mənə heç nə deyilməyib. Belə çıxır ki, «İnter»də məni aldadıblar».
Andrey Rubins yaranmış problemin ən qısa zamanda, yaxın 2-3 gündə həllini tapmayacağı təqdirdə FİFA-ya şikayət edəcəyini də deyib: «Bu dəqiqə mənim əlimdə «İnter»lə müqavilənin ingilis dilində olan nüsxəsi var. Dediyim kimi, burada müqavilə bir il göstərilib. Mən Latviya milli komandasının futbolçusuyam, özümə mütləq bir klub tapmalıyam. «İnter»lə bu problemə görə mən heç bir klubda oynaya bilmirəm. Başqa sözlə, indi havada qalmışam».
Xatırladaq ki, hazırda Andrey Rubins «Qarabağ»ın düşərgəsində məşq etsə də, Ağdam klubu ilə rəsmi müqavilə imzalaya bilmir.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi