Vladimir Levin: “Çalışacağam ki, kapitan sarğısını ləyaqətlə daşıyım”

Vladimir Levin: “Çalışacağam ki, kapitan sarğısını ləyaqətlə daşıyım”
XƏBƏR 12 İyul 2010 / 21:05 1784
-  A +

“Lex”lə oyunda ancaq qələbə haqda düşünürük. Ciddi hazırlıq keçmişik və düşünürəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini görərik. Sabahkı oyunda heç-heçə bizim üçün uğursuz nəticə hesab olunacaq. Daha çətin keçəcək səfər oyununa rahat yollanmaq üçün sabahkı matçdan mütləq qalib ayrılmalıyıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in və millimizin müdafiəçisi Vladimir Levin deyib.
Paytaxt klubunun yeni kapitanı təyin olunan təcrübəli oyunçu “Lex”lə sabahkı oyun ərəfəsində təşkil olunan mətbuat konfransında yeni vəzifəsi barədə də söhbət açıb: “Təbii ki, komandanı kapitan kimi ilk dəfə Çempionlar Liqasının oyununa çıxarmaq böyük məsuliyyət tələb edir. Bu vəzifənin öhdəsindən nə dərəcədə layiqincə gələ biləcəyimi zaman göstərəcək. Hər halda çalışacağam ki, kapitan sarğısını ləyaqətlə daşıyım və komanda yoldaşlarımın bu etimadını doğruldum”.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır