“Muğan” daha bir legionerlə münasibətlərini rəsmiləşdirdi

“Muğan” daha bir legionerlə münasibətlərini rəsmiləşdirdi
XƏBƏR 12 İyul 2010 / 16:21 1892
-  A +

“Muğan” hazırlıqlarının startından bəri məşqlərdə iştirak edən bosniyalı müdafiəçi İlya Prodanoviçlə münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın Salyan klubunun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. İlya gələn yay mövsümünədək “Muğan”ın şərəfini qoruyacaq.
Təcrübəli müdafiəçi kariyerasının demək olar ki, böyük hissəsini Bosnya klublarında keçirib. Çıxış etdiyi ən son komanda “Zvijezda” olub. O, həm də 2009 –cu ildə Bosnya milli yığma komandasına çağırılmışdır.


Son xəbərlər