"Neftçi" PFK Unibank Premyer Liqasına hazırlıq məqsədilə Avstriyada keçirdiyi təlim-məşq toplanışı başa vurmaq üzrədir. Flaqman təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşləri keçirməklə yanaşı, heyəti formalaşdırmaq üçün bir sıra əcnəbi futbolçuları da sınayır. Bu günlərdə Belçikanın "Genk" klubundan Moussa Koita "Neftçi"nin düşərgəsində baxışda olub. "Ağ-qaralılar"ın məşqçi korpusu Koitaya Rumıniyanın "Universitatea Kluj" klubu ilə yoxlama matçında forma geyinmək şansı versə də, hücumçunun oyununu bəyənməyərək, onu geri qaytarıb. Lakin Koitanın "Neftçi"də baxışda olması ilə bağlı Belçika mətbuatında dərc olunan yazılarda yanlışlığa yol verilib. Belə ki, www.voetbalbelgie.be saytında yerləşdirilən məqalədə "Neftçi" Ermənistan təmsilçisi kimi təqdim olunub. Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentnin rəisi Elnur Əşrəfoğlunun sözlərinə görə, bununla əlaqədar artıq qarşı tərəfə müraciət olunub: "Biz xəbərdə "Neftçi"nin Azərbaycan yox, işğalçı Ermənistan klubu kimi təqdim olunması ilə bağlı həm www.voetbalbelgie.be saytına, həm də Belçika Futbol Federasiyasına məktub ünvanlamışıq. Onlar bizdən üzr istəyərək, bu nöqsanın tezliklə aradan qaldırılacağını bildiriblər. Bir məqamı da qeyd etmək istəyirəm ki, www.voetbalbelgie.be saytı öz-özünə zidd gedib. Həmin saytda bundan bir neçə gün öncə yerləşdirilən xəbərdə isə "Neftçi"nin 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Anderlext"lə oynadığı xatırlanmışdı və komandamız Azərbaycan təmsilçisi kimi göstərilmişdi. Ancaq nədənsə, növbəti xəbərlərin birində Koitanın Ermənistan klubu olan "Neftçi"də baxışda olduğu yazılıb. Göründüyü kimi, sayt rəhbərliyi kobud səhvə yol verib. Bu məsələdə bizə dəstək göstərən Azərbaycanın bütün KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk. İnanıram ki, bundan sonra da Azərbaycana, o cümlədən ölkə idmanına qarşı xarici mətbuatın qəsdən və ya bilməyərəkdən buraxdığı səhvlərin öhdəsindən birgə gələcəyik".
neftchifc.com
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi