"Neftçi" bu gün "Zaltsburq"la qarşılaşıb, vətənə dönəcək

"Neftçi" bu gün "Zaltsburq"la qarşılaşıb, vətənə dönəcək
XƏBƏR 12 İyul 2010 / 15:58 1811
-  A +

İyulun 1-dən etibarən Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, Arif Əsədovun komandasının rəqibi "Zaltsburq" olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdən sonra flaqman hazırlığın bu mərhələsinə son qoyaraq Bakıya dönəcək. Xatırladaq ki, "Neftçi" Motsartın vətənində 3 yoldaşlıq oyunu keçirib. "Beşiktaş"la heç-heçə oynayan komandamız "Otselul" və "Universiteta Kluj"a məğlub olub.


Son xəbərlər