“Qarabağ”ın səfər oyununu idarə edəcək hakimlərin tam siyahısı müəyyənləşdi

“Qarabağ”ın səfər oyununu idarə edəcək hakimlərin tam siyahısı müəyyənləşdi
XƏBƏR 12 İyul 2010 / 15:17 1874
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Portadaum” klubu ilə qarşılaşacaq “Qarabağ” ilk görüşünü iyulun 15-də səfərdə keçirəcək. Qol.Az-ın məlumatına görə, Portadaun şəhərindəki “Şamrok Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Artıq baş hakim Oliver Draxtanın köməkçiləri də müəyyənləşib. Bunlar Roland Brandner, Andreas Feyxtinger, Louis Hoffmanndır.
Bu komandalar arasındakı cavab oyunu isə iyulun 22-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək. Görüşü polşalı Tomaş Mikulski idarə edəcək. Lakin hələlik onun köməkçilərinin tam siyahısı müəyyənləşməyib.

 


Son xəbərlər