Azərbaycanlı jurnalistin seçimi doğru çıxdı

Azərbaycanlı jurnalistin seçimi doğru çıxdı
XƏBƏR 12 İyul 2010 / 14:39 1864
-  A +

Cənubi Afrika Respublikasında təşkil olunan və dünən başa çatan sayca 19-cu dünya çempionatının ən yaxşı oyunçuları müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Uruqvay yığmasının hücumçusu Dieqo Forlan ən yaxşı futbolçu seçilərək, “Qızıl top” mükafatına layiq görülüb. Forlana sorğuda iştirak edənlərin 23,4 faizi səs verib. İkinci yeri Hollandiya yığmasının yarımmüdafiəçisi Uesli Sneyder tutduğu halda, üçüncü pilləyə ispaniyalı hücumçu David Vilya layiq görülüb.
Sonda onu da vurğulayaq ki, idman jurnalistləri arasında keçirilən sorğu əsasında müəyyənləşən “Qızıl top”un sahibinin müəyyənləşməsində Azərbaycan da xüsusi pay sahiblərindəndir. Məsələ burasındadır ki, ölkəmizi həmin səsvermədə tanınmış idman jurnalisti, teleaparıcı, hazırda “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu təmsil edib. O, 1, 2 və 3-cü yeri tutan oyunçuların sıralamasını düzgün müəyyənləşdirib.


Son xəbərlər