Millimiz bu gün Fransa yığmasıyla qarşılaşacaq

Millimiz bu gün Fransa yığmasıyla qarşılaşacaq
XƏBƏR 12 İyul 2010 / 12:26 1946
-  A +

Çimərlik futbolu üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsində iştirakını davam etdirir. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İtaliyanın Bibiano şəhərində təşkil olunmuş yarış çərçivəsində millimiz bu gün ikinci oyununu keçirəcək. Bakı vaxtı ilə saat 14:30-da start götürəcək oyunda millimizin rəqibi Fransa olacaq. Qeyd edək ki, ilk görüşdə yığmamız Çexiyanı 5:4 hesabı ilə məğlub etmişdi.


Son xəbərlər