"Bakı" "Olimpik-Şüvəlan"a qalib gəldi

XƏBƏR 12 İyul 2010 / 01:17 2015
-  A +

Almaniyada təlim-məşq toplantısını başa vuraraq Vətənə qayıdan "Bakı" klubunun üzvləri bir günlük istirahətdən sonra yoldaşlıq oyununa çıxıblar. İyulun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yoxlama oyununda “Bakı”nın rəqibi "Olimpik-Şüvəlan" olub.
Oyun kifayət qədər maraqlı və məhsuldar alınınb. 90 dəqiqənin sonunda meydanı qalib kimi tərk edən "Bakı" klubunun futbolçuları olublar. Qarşılaşma 4:3 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb.
“Bakı”dan qolları Aleksandar Soliç, Adnan Bərəkət, Joel Epalle və Anqulo Jefferson vurublar.


Son xəbərlər