“Bakı”nın rəqibi Serbiya klubu ilə heç-heçə oynadı

XƏBƏR 11 İyul 2010 / 14:21 1832
-  A +

Son ölkə kubokunun qalibi “Bakı”nın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Buduçnost” yoxlama oyunu keçirib. Qol.Az-ın məlumatına görə, Çernoqoriya təmsilçisi Serbiya “Rada”ı ilə oyunda qüvvəsini sınayıb. Məhsuldar alınan oyunda 4 qol vurulsa da, qalib müəyənləşməyib - 2:2. “Buduçnost”un heyətində  Yovan Nikoliç və kapitan İvan Vukoviç fərqlənib.
Qeyd edək ki, “Bakı” ilə “Buduçnost” klubları arasındakı ilk oyun iyulun 15-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


Son xəbərlər