“Oyunumla “Neftçi”də gənclərə verilən önəmin əbəs olmadığını sübut edəcəm”

“Oyunumla “Neftçi”də gənclərə verilən önəmin əbəs olmadığını sübut edəcəm”
XƏBƏR 11 İyul 2010 / 14:05 2280
-  A +

“Təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. Biz burada çox intensiv məşqlər edirik, bunun bəhrəsini görəcəyimizə əminəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri U-21 yığmamızın da şərəfini qoruyan “Neftçi”nin üzvü Eşqin Quliyev Avstriyadakı hazırlıq prosesi barədə danışarkən paytaxt klubunun rəsmi saytına açıqlamasında söyləyib.
Gənc futbolçu çıxışının davamında daha sonra bunları vurğulayıb: “Komandamızın heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc də yer alır. Baş məşqçimiz Arif Əsədov "Neftçi"nin gənclərinə xüsusi önəm verir. Hazırlıq görüşlərində qarşılaşdığımız güclü kollektivlərlə matçlarda baş məşqçimiz bizlərə də şans verərək özümüzü göstərmək imkanı yaradır. Ümumiyyətlə, mən düşünürəm ki, heyətimiz tam komplektləşdikdən sonra "Neftçi" Azərbaycan Premyer Liqasını qazanmağa ən real namizəd olacaq. Özümə gəldikdə isə, məşqlərdə var gücümlə çalışaraq komandanın əvəzedilməz üzvlərindən birinə çevriləcəyimə inanıram. Bu il çempionatda sərgiləyəcəyim oyunla "Neftçi"də gənclərə verilən önəmin əbəs olmadığını sübut edəcəm".
Qeyd edək ki, “Neftçi”nin üzvləri bu gün Rumıniya klubu ilə keçirilən son hazırlıq matçına baxış keçirəcək.


Son xəbərlər