«Olimpik-Şüvəlan» «Simurq»u uddu və iki legioneri qaytardı

XƏBƏR 11 İyul 2010 / 13:11 1795
-  A +

Premyer Liqa klubları növbəti mövsümün hazırlıqlarını davam etdirirlər. Qol.Az-ın məlumatına görə, bu məqsədlə Zabrat qəsəbə stadionunda «Olimpik-Şüvəlan»la «Simurq» yoxlama xarakterli görüşdə üz-üzə gəlib. «Təyyarəçilər» Viktor İbokoyenin vurduğu qolla zaqatalalıları minimal hesabla məğlub ediblər. «Olimpik-Şüvəlan»ın baş məşqçisi Nazim Süleymanov bu oyunda baxışda olan bir neçə futbolçunu da yoxlayıb. Bolqar hücumçunu və alban müdafiəçini «Simurq»la oyunda yoxlayan Süleymanov bu legionerlərin oyunundan razı qalmayıb. Onlar oyundan sonra vətənlərinə yola salınıblar.


Son xəbərlər