«İnter», «Bakı» və «Qarabağ»ın növbəti rəqibləri iyulun 16-da bilinəcək

XƏBƏR 10 İyul 2010 / 13:20 1951
-  A +

İyulun 16-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, Azərbaycanı avrokuboklarda təmsil edən «İnter», «Bakı» və «Qarabağ»ın potensial rəqibləri məhz həmin gün bəlli olacaq.
Qeyd edək ki, avrokubokların ikinci təsnifat mərhələsində «İnter» Polşa çempionu «Lex», «Bakı» Çernoqoriyanın «Budoçnost», «Qarabağ» isə Şimali İrlandiyanın «Portadaun» klubu ilə qarşılaşacaq.


Son xəbərlər