Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Portadaun” komandasının əsası 1924-cü ildə qoyulub. Bu klubun təxəllüsünün “The Ports”, bizim dildə isə “limanlar” olduğu bildirilir. Ev oyunlarını “Şamrok Park” arenasında keçirən “Portadaun” klubunun əsas forması tünd qırmızı rəngdədir. “Portadaun”un hazırkı sahibi Roni Makfol 1986-cı ildən kluba rəhbərlik edir. Bu şəxsin rəhbərliyi altında klub ilk uğurunu 1989-1990-cı illərdə Şimali İrlandiya çempionu olmaqla qazanıb. Bir il sonra isə komanda həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazanmaqla qızıl dubla imza atıb. Ümumilikdə isə komanda 4 dəfə ölkə çempionluğu sevinci yaşayıb. Bu 1989-1990, 1990-1991, 1995-1996 və nəhayət, 2001-2002-ci illər mövsümünə təsadüf edir. Tarixi ərzində “Portadaun” 3 dəfə ölkə kubokuna sahib çıxıb (1990-1991, 1998-1999 və 2005-2006). “Portadaun” komandası bu mövsüm Şimali İrlandiyanı Avropa Liqasında təmsil edəcək. Turnirin ilkin təsnifat mərhələsində Latviya “Skonto”sunu mübarizədən kənarlaşdıran “Portadaun” klubunun rəqibi Ağdamın “Qarabağ” komandası olacaq. Bu mərləhədə hansı komandanın qalib gələcəyini isə zaman göstərəcək.
Qeyd edək ki, iyulun 15-də səfərdə Portadaun şəhərinin “Şamrok Park” arenasında baş tutacaq ilk oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi