“Qarabağ”ın “Portadaun”la oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

“Qarabağ”ın “Portadaun”la oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
XƏBƏR 9 İyul 2010 / 18:50 1824
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanan “Qarabağ”ın Şimali İrlandiya təmsilçisi “Portadaun”la oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, iyulun 15-də Bakı vaxtı ilə saat 23:45-də səfərdə baş tutacaq ilk oyunu Avstriyadan olan Oliver Draxta idarə edəcək. Qeyd edək ki, bu görüş Portadaun şəhərindəki “Şamrok Park” stadionunda keçiriləcək.
Komandamızın iyulun 22-də Bakıda keçiriləcək oyununu isə Polşadan olan Tomaş Mikulski idarə edəcək. Maraq üçün vurğulayaq ki, “Qarabağ”ın Makedoniya “Metallurq”u ilə ev oyunu kimi, “Portadaun”la da Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşması saat 21:00-da start götürəcək.


Son xəbərlər