Unibank Premyer Liqasında son mövsüm başa çatandan sonra "Neftçi"nin heyətindən kənarlaşdırılan Dmitri Kruqlov bundan sonra “İnter”in şərəfini qoruyacaq. Qol.Az-ın məlumatına görə, artıq Estoniya yığmasının üzvü ilə bütün məsələlər razılaşdırılıb. Dünən Bakıya gələn Kruqlovla klub rəsmiləri danışıqlar stolu arxasında razılığa gəldikdən sonra, rəsmi müqaviləyə də qol çəkilib. Artıq Kruqlovun adının Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edildiyini də vurğulayaq.
Qeyd edək ki, 26 yaşlı sol cinah oyunçusu peşəkar karyerasına vətənində başlayıb. 2003-2005-ci illərdə "Levadiya"nın heyətində 59 oyun keçirən və 4 qol vuran Kruqlov 2005-ci ildə Rusiyaya üz tutub. 2008-ci ilədək Moskva "Lokomotiv"ində 10 oyun keçirən futbolçu 2006-da "Kuban", 2007-də "Torpedo"ya (14 oyun), 2008-ci ildə "Neftçi"yə icarəyə verilib. Bakı klubunda 2008-2010-cu illərdə üst-üstə 63 oyun keçirən Kruqlov 5 qola imza atıb.
Kruqlov 2004-cü ildən Estoniya yığmasına çağırılır. İndiyədək 52 dəfə milli formanı geyinən futbolçu bir halda rəqib qapısına yol tapıb. Belə ki, o, 12 noyabr 2005-ci ildə Helsinkidəki "Finnair" stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan Finlandiya - Estoniya yoldaşlıq oyununda fərqlənib. 2004-cü ildə "Levadiya" ilə Estoniya çempionu olan futbolçu 2004 və 2005-də ölkə kubokunu qazanıb. 2005-ci ildə isə "Lokomotiv"in heyətində Rusiya Super Kubokunu başı üzərinə qaldırıb.
Sonda onu da vurğulayaq ki, “İnter” bu yay “Neftçi”dən ayrılan daha bir oyunçunu – Valeri Abramidzeni də sıralarına qatıb və UEFA-ya göndərdiyi iştirak ərizəsinə daxil edib.
Sabah püşkatmadır
Duran oynadı, komandasını məğlubiyyətdən xilas etdi
DÇ-2026-ya aparılmadığı üçün karyerasını bitirir
“Şamaxı”dan yeni transfer
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi - Video
İnyesta baş məşqçinin qərarına təəccübləndi
"Beşiktaş"ı tərk edə bilər
İbrahimoviçin oğlu klubunu dəyişdi
"Aston Villa"nın ən bahalı transferi oldu
"Turnirin ən güclü iki komandası finaldadır"
Tramp da onun taktikasını tənqid etdi
“Karvan-Yevlax”dan yeni transfer
Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı
İnfantino: "DÇ-2026 tarixin ən yaxşı mundialıdır"
De la Fuente: "Skaloni ilə bir-birimizə bənzəyirik"
“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
Mahir Emreli Polşadadır - Yeni klubu…
Skaloni: "İspaniya ilə bağlı hər şey məni narahat edir"
"Neftçi" - "Dinamo" oyunu kiprlilərə tapşırıldı
"Qarabağ"ın SSKA ilə oyunlarının hakimləri açıqlandı