UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki təmsilçimiz "Xəzər Lənkəran" bu gün növbəti oyununa çıxıb. İlk oyununu səfərdə keçirərək Kişinyovda Moldova “Olimpiya”sı ilə qolsuz heç-heçəyə nail olan Ağasəlim Mircavadovun komandası bu dəfə doğma azarkeşləri qarşısında mütləq qələbə qazanmalı idi. Amma təəssüf ki, "Xəzər Lənkəran" zəif rəqibi önündə bu istəyinə çata bilmədi və yenə də mübarizəni ilkin mərhələdə dayandırıb.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
21:00. “Xəzər Lənkəran” (Azərbaycan) – “Olimpiya” (Moldova) - 1:1
Lənkəran. Şəhər stadionu.
Baş hakim: Vitali Sevostyanik (Belarus).
İlk oyun: 0:0.
"Xəzər Lənkəran": Kamran Ağayev, Elvin Beqiri, Elnur Allahverdiyev, Radomir Todorov, David İmedaşvili, Devran Ayhan, Rahid Əmirquliyev, Dieqo Souza, Zaur Ramazanov, Allan Lalin, Emeka Opara.
Oyun başladı. Uğurlar "Xəzər"!
Oyunun gedişatını 10 minədək azarkeş izləyir.
2. David İmedaşvili cərimə zərbəsindən qüvvətli zərbə endirir. Top canlı səddə dəyir.
5. Rahid Əmirquliyev 25 metrlik məsafədən qüvvətli zərbə vurur. Top qapıdan aralı keçir.
7. "Xəzər" oyuna tam nəzarət edir.
10. "Olimpiya" topa nəzarəti ələ keçirsə də, qapıya yaxınlaşa bilmir.
11. Rəqib künc zərbəsindən topu oyuna daxil edir. Kamran Ağayev təhlükəni zərərsizləşdirir.
12. QOL. "Olimpiya"dan Jeron hesabı açır - 0:1.
14. Allan Lalin real qol imkanından istifadə edə bilmir.
"Xəzər Lənkəran" növbəti mərhələyə çıxmaq üçün iki qol vurmalı və mütləq qələbə qazanmalıdır.
22. "Xəzər Lənkəran"ın hücumları kəsərsizdir.
24. David İmedaşvilinin 40 metrlik məsafədən zərbəsi qapının üstündən keçir.
27. Todorovun cərimə zərbəsindən vurduğu top dəqiq olmur.
28. "Xəzər" dalbadal hücumlar təşkil edir. Souzanın cərimə meydançasının daxilindən vurduğu top qapının yanından keçir.
Lənkəran stadionunda "Qarabağ"ın qol vurması xəbəri elan olunur. Stadionda "Qarabağ" sədaları səslənir.
"Xəzər" hələ də istəyinə nail ola blmir. Birinci hissədə isə son dəqiqələr gedir.
Fasilə
İkinci hissə
48. "Xəzər Lənkəran" yenə hücumdadır. Amma qol vura blmir.
53. "Xəzər Lənkəran"ın hücumları kəsərsizdir...
60. "Olimpiya"dan təhlükəli hücum. Ovsennikovun zərbəsi qapıdan azca aralı keçir.
65. Oyunun tempi aşağı düşüb. Rəqib topa daha çox nəzarət edir.
67. Opranı Xaqani Məmmədov əvəzləyir.
70. Tribunalar Ağasəlim Mircavadovu istefaya səsləyirlər.
76. "Xəzər Lənkəran" qol vurmağa tələsir, amma heç nə alınmır. Növbəti mərhələyə çıxmaq üçün "Xəzər"ə hökmən qələbə lazımdır.
78. QOOOOOOLLLLLLL. Lalin hesabı bərabərləşdirir - 1:1
83. "Xəzər Lənkəran" təhlükəli hücumlar təşkil edir... Todoruvun ptürməsindən sonra İmedaşvili topu qapıya göndərə bilərdi. Təəssüf!
86. "Olimpiya"lı futbolçu cərimə zərbəsi yerinə yetirir. Kamran komandasının qoldan xilas edir.
87. Amit Hüseynov ikinci qola yaxın olur. Rəqib qapıçı imanlı oynayır.
90. Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edir.
90+3. Rahidin qüvvətli zərbəsi. Top qapının üstündən keçir.
Oyun başa çatdı. "Olimpiya" növbəti mərhələyə vəsiqə qazanır.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi