“Qızıl top” və FİFA-nın “İlin futbolçusu” mükafatı birləşdi

“Qızıl top” və FİFA-nın “İlin futbolçusu” mükafatı birləşdi
XƏBƏR 5 İyul 2010 / 18:37 1957
-  A +

Fransanın “Frans Futbol” jurnalının təsis etdiyi “Qızıl top” və FİFA-nın “İlin futbolçusu” mükafatı bundan sonra ayrı-ayrı verilməyəcək. Qol.Az-ın məlumatına görə, bu haqda jurnal rəhbərliyi ilə FİFA prezidenti Blatter razılığa gəliblər. Bundan sonra mükafat “FİFA qızıl top mükafatı” adlanacaq.
Qeyd edək ki, “Frans Futbol”un 1956-dan bəri təqdim etdiyi “Qızıl top”un sahibini beynəlxalq qəzetçilər, FİFA-nın mükafatının qalıbini isə milli komandaların baş məşqçi və kapitanları seçirdi.

Daha çox


Son xəbərlər