Avroliqanın hazırlığını Almaniyada davam etdirən “Bakı” bu gün təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan komandasının rəqibi ikinci bundesliqa təmsilçisi “Koblents” klubu olub. Baş məşqçi Vinfred Şefer start heyətində aşağıdakı futbolçulara şans verib:
Marko Şarliya, Dare Nibombe, Mahmud Qurbanov (k), Ernad Skuliç, Adnan Bərəkət, Vyaçeslav Sofroni, Fabio Luis Ramim, Emin Cəfərquliyev, Aleksey Savinov, Henning Grieneisen, Jaba
Matça fəal başlayan “Bakı” artıq 7-ci dəqiqədə hesabı açıb. Jaba cərimə zərbəsini dəqiq yerinə yetirib. Bundan sonra da hücumlarını davam etdirən “Bakı” bir neçə qol şansı yaxalasa da, növbəti qol 38-ci dəqiqədə meydan sahiblərindən gəlib. Beləcə komandalar ilk yarıda hərəyə 1 dəfə fərqləniblər.
İkinci yarıda üstünlük “Bakı” tərəfində olub. Bunun məntiqi nəticəsi kimi Fabio Luis Ramim yenidən “Bakı”nı hesabda önə keçirib. Lakin “Koblents” klubu növbəti dəfə status-kvonu bərpa etməyi bacarıb. Qalan dəqiqələr ərzində qol vurulmadığından gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb.
İkinci yarıda Vadim Borets, Xalidu Sissoko, Bəxtiyar Soltanov, Rafael Əmirbəyov və Cəmşid Məhərrəmov oynamaq imkanı qazanıblar.
“Bakı” klubu təlim-məşq prosesi çərçivəsində növbəti oyununu iyulun 6-da Lüksemburqda bu ölkənin çempionu “Jeunesse Esch” klubuna qarşı keçiriləcək. Oyun Bakı vaxtıyla saat 22:00-da başlayacaq.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
"Sabah"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi
Keyn: "Yas içindəyik, amma Tuxelə etibar edirik”
"Turan Tovuz" üçün yeni rəqib
"Sabah"ın rəqibi Bakıdadır - Video
Mundiallar tarixində yeni rekord - 6,8 milyon...
Skaloni Argentina millisindəki gələcəyi haqda
Yamal Messini qucaqladı - Finaldan fotolar
Dünyada ilk!
Yamal dünya futbolu tarixinə düşdü
İspaniya liderliyə yüksəldi, Almaniya "10-luğ"u tərk etdi
İspaniyanın çempionluğu - Video
Mundialın ən yaxşı futbolçusu açıqlandı
Finalın "1 nömrə"si
Simon mundialın ən yaxşı qapıçısı seçildi
“Qızıl buts”u o qazandı
İspaniya ikinci dəfə dünya çempionu oldu
Messi dünya çempionatlarının tarixinə düşdü
Dünya futbolunda ilkə imza atdı
Afrika Çempionlar Liqasında komandaların sayı artırıla bilər
Yamalın atası finalı stadiondan izləməyəcək