Kuarejma: "Neftçi" bizə problem yaratdı"

XƏBƏR 4 İyul 2010 / 00:38 2426
-  A +

"Neftçi" – "Beşiktaş" oyunundan sonra İstanbul klubunun yeni transferi Rikardo Kuarejma görüş haqda fikirlərini mətbuat nümayəndələrinə bildirib. Portuqaliyalı futbolçu "Neftçi" haqda da danışıb: "Azərbaycan klubu olan "Neftçi" yaxşı oyun nümayiş etdirdi. Məndə olan məlumata görə, bu komandanın futbolçularının çoxu gəncdir. Buna baxmayaraq, meydanda əsl peşəkar oyun göstərərək, sonadək mübarizə apardılar. Oyuna nəzarət edərək, qələbə qazanmaqda bizə problem yaratdılar. Bundan sonrakı oyunlarda "Beşiktaş"ın heyətində nəyə qadir olduğumu göstərəcəyəm".

Mənbə: "Neftçi"nin rəsmi saytı

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda