«Tvente» bu dəfə Vaqif Cavadovsuz qələbə qazandı

XƏBƏR 3 İyul 2010 / 22:38 2044
-  A +

Millizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın «Tvente» klubu bu gün növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin bu dəfəki rəqibi «Quick 20» klubu olub. İki min tamaşaçının izlədiyi bu oyunda Vaqif Cavadov iştirak etməyib. Oyun isə «Tvente»nin 5:0 hesablı qələbəsilə başa çatıb.
Xatırladaq ki, Hollandiya çempionunun buna qədər keçirdiyi üç yoxlama oyununun hamısında meydana çıxan Vaqif beş qola imza atmışdı. 

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda