UEFA «Qarabağ» və «Xəzər Lənkəran»ın oyununa türkiyəli nümayəndələr təyin etdi

XƏBƏR 2 İyul 2010 / 23:30 2249
-  A +

UEFA iyulun 22-də Avropa Liqasının «Portdaun» (Şimali İrlandiya) - «Skonto» (Latviya) və «Qarabağ» (Azərbaycan) - «Metallurq» (Makedoniya) cütlüklərinin qalibləri arasında keçiriləcək oyuna nümayəndəsinin adını açıqlayıb. Qol.Az-ın «Radikal» qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Oğuz Sarvan bu oyunda UEFA-nın hakim-inspektoru olacaq.
Türkiyə Futbol Federasiyasının daha bir təmsilçisi Həsən Ceylan isə «Xəzər Lənkəran» (Azərbaycan) - «Olimpiya» (Azərbaycan) matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda