Millimiz Avropa Liqasına qələbə ilə başladı

XƏBƏR 2 İyul 2010 / 23:20 2169
-  A +

İtaliyanın Liqnano şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa Liqasının seçmə mərhələ oyunlarına Azərbaycan milli komandası qələbə ilə start verib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Çexiya yığması ilə qarşılaşan millimiz 5:4 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Elşad Quliyev, Elvin Quliyev, Zeynal Zeynalov, İlham Əzizzadə və Müslüm Hüseynov vurub.
Avropa Liqasının seçmə mərhələsində millimiz növbəti oyununu iyulun 4-də, Bakı vaxtı ilə saat 18:00-da keçirəcək. Komandamızın rəqibi Hollandiya yığması olacaq.

Daha çox


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

20.07.26  11:42

Dünyada ilk!

20.07.26  02:57

Finalın "1 nömrə"si

topaz banner