İlia Kandelaki rəsmən “İnter”də

İlia Kandelaki rəsmən “İnter”də
XƏBƏR 2 İyul 2010 / 17:34 2732
-  A +

Ölkəmizi Çempionlar Liqası kimi ən mötəbər klub turnirindən təmsil edəcək "İnter" heyətini gücləndirməkdə davam edir. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, klub rəhbərliyi gürcüstanlı futbolçu İlia Kandelaki ilə razılığa gəlib və futbolçuyla müqavilə imzalanıb. Məlumatda o da bildirilir ki, Kandelaki artıq bu gün axşam Bolqarıstanda təlim-məşq toplanışında olan komandamızın düşərgəsinə gələcək.
Qeyd edək ki, Kandelaki 1981-ci il dekabrın 26-da Tbilisi şəhərində doğulub. Gürcüstan milli komandasının üzvüdür. Son klubu Avstriyanın "Şturm" klubu olub. Təcrübəli müdafiəçi karyerası ərzində “Olimpiya” (Rustavi), “Dinamo” (Tbilisi), “Çernomorets” (Odessa, Ukrayna), “Karl Tseyss” (Almaniya) kimi klublarda top qovub. Millinin heyətində 14 oyun keçirib.

Daha çox


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

20.07.26  11:42

Dünyada ilk!

20.07.26  02:57

Finalın "1 nömrə"si

topaz banner