Bukmekerlər “Xəzər Lənkəran”a yox, “Qarabağ”a inanır

Bukmekerlər “Xəzər Lənkəran”a yox, “Qarabağ”a inanır
XƏBƏR 1 İyul 2010 / 15:33 2072
-  A +

Bukmeker kontorları Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparacaq komandalarla bağlı proqnozlarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, məşhur “marathonbet.com” bu gün Bakıda keçiriləcək “Qarabağ” - “Metallurq” görüşündə ağdamlıları daha şanslı sayır. Qurban Qurbanovun komandasının qələbəsini 1.75 əmsalla qiymətləndirən bukmekerlər Makedoniya təmsilçisinin qalib gələcəyinə təxminən 3 dəfə çox - 4.50 əmsal veriblər. Komandaların heç-heçəsinə pul qoyanlar isə “əmanətlərini” 3,55 dəfə artıra biləcəklər.
“Qarabağ”la eyni vaxtda – saat 21:00-da mübarizəyə başlayacaq “Olimpiya” (Moldova) – “Xəzər Lənkəran” duelində də meydan sahibləri daha şanslı hesab olunur. Moldovanların qələbəsini 2.14 əmsalla qiymətləndirən bukmekerlər “ağ-yaşıllar”ın qalib gəlməsinə bir qədər çox – 3.40 əmsal veriblər. Bu komandaların heç-heçəsinə inananlar isə 3.20 əmsalına pul qoyuluşu edə bilərlər.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner