Yığmamız qələbə seriyası qırılsa da, turnir cədvəlinə başçılıq edir

Yığmamız qələbə seriyası qırılsa da, turnir cədvəlinə başçılıq edir
XƏBƏR 1 İyul 2010 / 14:05 2004
-  A +

Eşitməqüsurlu əlillərdən təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət millimiz Slovakiyanın Preşov şəhərində keçirilən beynəlxalq turnir çərçivəsində növbəti oyunlarını keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Polşa təmsilçisinə 4:0 hesabı ilə qalib gəlib, Rusiya millisi ilə heç-heçə (2:2) oynayıb.
Qeyd edək ki, millimiz əvvəlki oyunlarda Makedoniya komandasını  5:1,  Bolqarsıtan yığmasını 6:0, rumıniyalı futbolçuları isə 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə, komandamız 13 xalla turnir cədvəlinə başçılıq edir.

 

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi