“İnter” üçün daha bir rəqib tapıldı

“İnter” üçün daha bir rəqib tapıldı
XƏBƏR 1 İyul 2010 / 13:46 1913
-  A +

Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışını davam etdiən son ölkə çempionu “İnter”in növbəti rəqibinin adı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, “bankirlər” yerli “Eter”lə qüvvəsini sınayacaq. Bu komanda Bolqarıstan çempionatının B dəstəsinin Qərb zonasında çıxış edir. Kaxaber Sxadadzenin yetirmələrinin 1991-ci ildə Bolqarıstan çempionu olan “Eter”lə qarşılaşması iyulun 3-də Ravets şəhər stadionunda keçiriləcək. Bu matç Bakı vaxtı ilə 20:00-da başlayacaq. Qeyd edək ki, Bolqarıstanda 4 oyun keçirən “İnter” 3 dəfə qələbə qazanıb və yalnız bir dəfə heç-heçə ilə kifayətlənib.


Qarabağ FK
Son xəbərlər
topaz banner