Futbol üzrə dünya çempionatında çıxış edən 32 ölkənin yığma komandasının illik əmək haqqı açıqlanıb.
Lent.az-ın “France Football” jurnalına istinadən verdiyi məlumata görə, siyahıda ən ödənişli baş məşqçi kimi İngiltərə millisinə rəhbərlik edən Fabio Kapello göstərilib.
Kapellonun illik əmək haqqı 8,8 milyon avrodur. İkinci yeri tutan Marçello Lippiyə İtaliya yığmasının sükanı arxasında fəaliyyəti qarşılığında 3 milyon avro verirlər. Üçüncü pillədə 2,5 milyon avro əmək haqqı alan Yoahim Löv (Almaniya) qərarlaşıb. Hollandiya millisindəki Bert van Marveyk (Hollandiya) 1,8 milyon avro qazancla 4-cü, İsveçrə yığmasındakı Ottmar Hitsfeld isə 1,75 milyon avro əmək haqqı ilə 5-cidir.
Siyahıdakı baş məşqçilərin əksəriyyətinin illik əmək haqqı Azərbaycan millisinə rəhbərlik edən Berti Foqtsun qazancından azdır. Qeyri-rəsmi məlumatlara görə, yığmamızda 2007-ci ilin aprelindən 2008-ci ilin sonlarınadək olan fəaliyyəti dövründə 2,25 milyon avro alan Foqtsla 2011-ci ilin sonunadək yeni müqavilə imzalanarkən, maaşı 1,5 milyon - 2 milyon avro təşkil edib. Bu isə onun illik əmək haqqının təqribən 750 min - 1 milyon avro olduğu anlamına gəlir. Dünya çempionatında isə yalnız 10 baş məşqçi Azərbaycandakı həmkarından çox qazanır.
1. İngiltərə - Fabio Kapello – 8,80 milyon avro
2. İtaliya - Marçello Lippi – 3,00
3. Almaniya - Yoahim Löv – 2,50
4. Hollandiya - Bert van Marveyk – 1,80
5. İsveçrə - Ottmar Hitsfeld – 1,75
6. İspaniya – Visente Del Boske – 1,50
7. Portuqaliya – Karluş Keyruş – 1,35
8. Avstraliya – Pim Verbeek – 1,20
9. CAR – Karlos Alberto Parreyra – 1,20
10. Meksika – Xavyer Agirre – 1,20
11. Braziliya – Karlos Dunqa – 0,80
12. Argentina – Dieqo Maradona – 0,80
13. Yaponiya – Takeşi Okada – 0,80
14. Yeni Zelandiya – Rikki Herbert – 0,80
15. Yunanıstan – Otto Rehhagel – 0,75
16. Kamerun – Pol Le Quen – 0,65
17. Çili – Marselo Byelsa – 0,58
18. Fransa - Raymon Domenek – 0,56
19. Fildişi Sahili – Vahid Xəlilhociç – 0,51 (Sven-Yoran Erikssonun təyinatınadək)
20. Cənubi Koreya – Xun Yanq Mu – 0,41
21. Danimarka – Morten Olsen – 0,39
22. Qana - Milovan Rayevaç – 0,37
23. Serbiya – Radomir Antiç – 0,31
24. ABŞ – Bob Bredli – 0,28
25. Sloveniya – Matyas Kek – 0,25
26. Paraqvay – Cerardo Martino – 0,25
27. Əlcəzair – Rabah Saadan – 0,25
28. Honduras – Reynaldo Rueda – 0,24
29. Slovakiya – Vladimir Vays – 0,22
30. Uruqvay – Oskar Tabares – 0,21
31. KXDR – Kim Çonq Xan – 0,17
32. Nigeriya – Şaybu Amodu – 0,13.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi