Elvin Əliyev: “Təəssüf ki, Avroliqanın ilk oyununda forma geyməyəcəyəm”

Elvin Əliyev: “Təəssüf ki, Avroliqanın ilk oyununda forma geyməyəcəyəm”
XƏBƏR 30 İyun 2010 / 18:02 1803
-  A +

“Bakı”nın aparıcı üzvlərindən olan Elvin Əliyevin zədəsi sağalmaq üzrədir. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, 2 həftədən çoxdur ki, topla məşq etməyən gənc müdafiəçi komandadan ayrı çalışır. Həkim nəzarətində trenajor zalında çalışan Elvinin vəziyyəti günü gündən yaxşılaşır. Həkimlərin sözlərinə görə, təxminən, 10 gündən sonra o toplu çalışmalara başlaya bilər.
Elvin özü isə meydana qayıdacağı günü səbirsizliklə gözləyir: “Zədə almaq hər bir futbolçu kimi mənim üçün də xoş deyil. Dayanmadan öz üzərimdə çalışıram. Tam bərpa olub, tezliklə məşqlərə başlamaq istəyirəm. Təəssüf ki, Avroliqanın ilk oyununda forma geyməyəcəyəm. Bununla belə, tezliklə zədəmi sağaldıb, komandama fayda vermək istəyirəm. Meydana yenidən çıxacağım günü səbirsizliklə gözləyirəm”. 

Son xəbərlər