16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Təbriz Həsənovun müsahibəsi.
- Artıq bir neçə gündür Almaniyadasınız. Bu müddətdə 3 yoxlama görüşü keçirmisiniz. Hazırlıq necə gedir?
- Burada bizim üçün hər cür şərait yaradılıb. Plana uyğun şəkildə hazırlığımızı davam etdiririk. Gündə iki dəfə məşq edir, oyun günləri isə bir məşqlə kifayətlənirik. Uşaqlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Onların məşqlərdəki canfəşanlığı məni qane edir. Keçirdiyimiz yoxlama görüşlərində də var gücləri ilə mübarizə aparırlar.
- Hazırlıq zamanı əsasən nəyə üstünlük verirsiniz?
- Bakıdakı təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışırdıq. Burada isə texniki və taktiki hazırlığa üstünlük veririk.
- Yoldaşlıq görüşləri barədə nə deyə bilərsiniz?
- Almaniyadakı təlim-məşq toplanışının əsas cəhətlərindən biri güclü rəqiblərlə qarşılaşmaqdır. Bildiyiniz kimi, indiyədək 3 oyun keçirmişik və hər üçündə qələbə qazanmışıq. Ancaq bu cür hazırlıq xarakterli təlim-məşq toplanışlarındakı yoldaşlıq oyunlarının nəticəsinin elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, uşaqların son hazırlığını nəzərdən keçirirəm. Hansı mövqelərdə çatışmazlıq varsa, onu araşdırıram. Çalışıram ki, buraya gətirdiyim 23 futbolçunun hər birinə şans verim.
- Növbəti yoxlama görüşləri olacaqmı?
- Bəli, qarşıda daha 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Almaniyanın əyalət yığmalarının komandaları ilə qarşılaşacağıq.
- Komandada nə kimi çatışmazlıqlar aşkarlamısınız?
- Təbii ki, hər bir komanda kimi bizim də müəyyən çatışmazlıqlarımız var. Yoldaşlıq oyunlarının əsas məqsədi də məhz bu çatışmazlıqları tapıb aradan qaldırmaqdır. Məşqlərdə əsasən bunlar üzərində çalışırıq. Çalışacağıq ki, təlim-məşq toplanışının sonunadək çatışmazlıqları aradan qaldıraq.
- Almaniyada komandamıza maraq varmı?
- Bildiyiniz kimi, biz ötən qış da məhz burada hazırlıq keçmişdik. Yəni az-çox tanıyırlar. Oyunlarımızı gəlib izləyirlər.
- Oyunları izləyənlər arasında menecerlər də varmı?
- Bu barədə geniş məlumatım yoxdur. Keçirdiyimiz oyunlarda qələbə qazandığımızı eşidiblər. Yəqin ki, bundan sonrakı oyunlarımızı izləyərlər.
- Təşkilati işlər sizi qane edirmi?
- Təşkilatçılıq yüksək səviyyədədir. Əla ot örtüyü olan meydançalarda məşq edirik. Komandada zədəli futbolçu yoxdur. Tam heyətlə hazırlıq keçirik. Hava şəraiti də məşq keçmək üçün tam əlverişlidir. Heç bir çətinliyimiz yoxdur.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi