Yeniyetmə futbolçularımız Almaniyada növbəti qələbəni qazandılar

XƏBƏR 30 İyun 2010 / 10:52 2355
-  A +

Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın rəqibi Aşağı Reyn əyalətinin müvafiq yaş qrupundan ibarət yığma komandası olub. Qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın heyətində Ruslan Nəsirli, Sadiq Güliyev, Namiq Ələsgərov fərqləniblər.
Bu oyunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner