“Neftçi”nin əvəzediciləri Gürcüstana yola düşdü

XƏBƏR 28 İyun 2010 / 14:16 2587
-  A +

"Neftçi"nin əsas komandası ilə yanaşı, əvəzedici heyəti də yeni mövsümə ciddi hazırlaşır. Qol.Az-ın məlumatına görə, qarşısına böyük hədəflər qoyan "ağ-qaralar" hazırlıq prosesini Gürcüstanda davam etdirəcək. Bu məqsədlə İqor Getmanın rəhbərlik etdiyi kollektiv Ureki şəhərinə yollanıb. Burada 4 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Məşqçilər korpusu bu oyunlar zamanı həm müxtəlif taktiki sxemləri nəzərdən keçirəcək, həm də düşərgədə olan yeni futbolçuları sınayacaq. Gürcüstandakı təlim-məşq toplanışı iyulun 11-də yekunlaşacaq.


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner