Avropa Liqası çərçivəsində Çernoqoriyanın "Buduçnost" klubuna qarşı ikinci təsnifat mərhələsinin oyunlarına hazırlaşan “Bakı"nın Almaniyada təlim-məşq toplanışı davam edir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesinin ikinci günündə futbolçular iki məşqə çıxıblar. Səhər məşqində daha çox fiziki tapşırıqları yerinə yetirən komanda axşam saatlarında topla çalışıb. İkinci məşq gününün sonunda komandamız ikitərəfli oyun keçirib. Yeni transfer Joel Epalle ikitərəfli oyunda vurduğu qollarla hər kəsin alqışlarını qazanıb.
Bu gün "Bakı" saat 18:30-da yeni mövsümdə ilk oyununa çıxacaq.
“Bakı” klubu üçüncü Bundesliqa klubuna qarşı oynayacaq. Oyun “Sportschule” idman kompleksinin əsas meydançasında baş tutacaq.
Baş məşqçi Vinfred Şefer mövsümün açılışında nisbətən zəif rəqiblə qarşılaşmağa üstünlük verib. Nöüvbəti yoxlama oyununda "Bakı"nın rəqib 2-ci Bundesliga təmsilçisi “Koblents” olacaq. Bu oyun iyul ayının 4-də keçiriləcək.
Bitburqda 2 həftəlik təlim-məşq toplantısı zamanı planlaşdırılan sonuncu - 3-cü oyunda isə Azərbaycan vitse-çempionunun rəqibi Bundesliga təmsilçisi "Köln" olacaq. Bu yoxlama görüşü 7 və ya 8 iyul tarixlərində oynanılacaq.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video