«Əvvəlki illərlə müqasiyədə indi «Birlik kuboku» yarışının səviyyəsi çox aşağı düşüb. Bizim AFFA-dakı fəaliyyətimiz dövründə bu turnir daha yaxşı idi. Keçmiş SSRİ ölkələrinin ən güclü klubları mübarizə aparırdı». Qol.Az-a açıqlamasında AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov belə deyib. Ç.İsmayılovun fikrincə, «Birlik kuboku» indi nüfuzunu itirib. O, bunun səbəbini belə izah edib: «Əvvəllər mükafat fondu var idi. Məbləğ 100 min dollar təşkil edirdi. Əvvəlki yarışlarla indikini müqayisə etsək, yerlə göy arasında fərq olar. İndi Ukrayna 3-cü, Özbəkistan 2-ci komandasını yarışa göndərib. «Birlik kuboku»nda «Şaxtyor» hazırlıq qrupu ilə oynayır». AFFA-nın keçmiş rəsmisi buna görə təşkilatçı ölkə Rusiyanı günahlandırıb. Ç.İsmayılov bildirib ki, həmin dövlət turnirə çempion komandanın heyətini buraxmamaqla yarışa dırnaqarası yanaşdığını nümayiş etdirib: «Ona görə də, MDB ölkələrinin aparıcı dövlətlərininin komandaları nəinki yarımfinala, heç 1/4 çıxa bilmədilər. Yarışa azarkeş marağı da çox aşağıdır. Rusiya TV-lərindən oyuna baxanda bunun şahidi olmaq mümkündür. Bunlar bir daha göstərir ki, «Birlik kuboku» nüfuzunu itirib». AFFA-nın keçmiş rəsmisi ruslara məsləhət də verib: «Yarışın reklamı çox pis gedir. Halbuki buna xüsusi diqqət yetirilməlidir. Əvvəllər Moskvanın mərkəzi, Rusiya televiziyası oyunları canlı yayımlayırdısa, indi bu, yoxdur. Ruslar yalnız videoyazı, fraqment göstərilməklə kifayətlənirlər. Bu yarışda futboldan çox, siyasət var. İstəyirlər ki, MDB-ni əllərində saxlasınlar».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində