Fransa millisinə yeni baş məşqçi təyin edildi

XƏBƏR 26 İyun 2010 / 15:45 2060
-  A +

«Bordo» klubunun sabiq çalışdırıcısı Loran Blan Fransa millisinin yeni baş məşqçisi təyin edilib. Qol.Az-ın «L’Equipe»ə istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis ölkə futbol federasiyası ilə iki illik müqavilə imzalayıb. Blanın futbol ictimaiyyətinə iyulun 2-də təqdim olunacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner