Filip Lam: «Tarix bizi maraqlandırmır, 1966-cı ildə mən hələ döğulmamışdım»

XƏBƏR 25 İyun 2010 / 20:00 1902
-  A +

Almaniya millisinin müdafiəçisi Filip Lam komandasının İngiltərə yığması ilə qarşılacağı günü səbirsizliklə gözlədiyini deyib. Qol.Az-ın məlumatına əsasən, Lam tarixdə nəyin baş verdiyini  onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, “1966-cı ilin mundialında, İngiltərənin Almaniyanı 4:2 hesabı ilə məğlub etdiyi oyun keçirildiyi tarixdə biz heç anadan olmamışdıq. İndi isə 2010-cu ildir. Bu dövrdəki futbolçular tamamilə fərqlidir. Komandanın güclü potensialının olması da bizim qələbə qazanmaq şanslarımızı artırır. İngiltərə millisinin sonuncu oyunda heç də parlaq oyununu görmədik. Lakin buna baxmayaraq, ingilislər qalib gəlməklə 1/8 finala vəsiqə qazandılar. İyunun 27-də keçiriləcək oyunda kimin qalib gələcəyini isə zaman  göstərəcək” – deyə Lam fikrini tamamlayıb.  

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu