Araz Abdullayev: "Azərbaycanı və "Neftçi"ni layiqincə təmsil etməyə çalışacağam"

Araz Abdullayev: "Azərbaycanı və "Neftçi"ni layiqincə təmsil etməyə çalışacağam"
XƏBƏR 25 İyun 2010 / 11:47 2369
-  A +

Tibbi müayinədən keçmək üçün İngiltərənin "Everton" klubunun düşərgəsinə yollanan Araz Abdullayev səfər haqda təəssüratlarını bildirib. "İngiltərənin Liverpul şəhərinə səfərimdə məni klubun tərcüməşisi Tural Piriyev müşayiət edirdi. Bizi "Everton"un rəsmi meneceri Mik Doherti qarşıladı. Həmçinin klubun Beynəlxalq Futbol Şöbəsinin rəisi və klub katibi Devid Harrisonla və digər klub nümayəndələri ilə də görüşdük. Testlərə gəlincə, əvvəlcə sürəti, koordinasiya və hündürlüyə tullanmanı yoxladılar, bütün nəticələr qənaətbəxş alındı. Ertəsi gün isə klubun fizioterapevti tərəfindən tibbi müayinədən keçdim. Fiziki göstəricilərimi bəyəndilər. Yaxın günlərdə mənimlə müqavilə imzalamaqdan ötrü "Everton" rəsmiləri Bakıya gələcəklər. Mənə belə bir şans yaratdıqlarına görə başda Sadıq Sadıqov olmaqla "Neftçi" rəhbərliyinə təşəkkür edirəm. İngiltərə klubunda yaxşı oyun göstərməklə Azərbaycanı və "Neftçi"ni layiqincə təmsil etməyə çalışacağam" - deyə Araz Abdullayev bildirib.


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner