“Mən “Bakı” – “Xəzər Lənkəran” matçında stadionda idim. “Bakı” topu qaydalar çərçivəsində vurdu”. Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Ədalətli Oyunlar (“Fair Play”) Komissiyasının sədri Xəzər İsayev deyib.
X.İsayevin fikrincə, bir ay öncə “Bakı” və “Xəzər Lənkəran” komandaları arasında baş tutmuş Azərbaycan kubokunun final oyununda paytaxt klubunun ilk qolunda “Fair Play” pozulmayıb. Komissiya sədri qolun “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin səhvi üzündən qapı toruna daxil olduğunu vurğulayıb: “Bu qol “Xəzər Lənkəran” oyunçularının səhlənkarlığından baş verdi. Hakimin fiti səslənməmiş oyunçu da, qapıçı da qıraq-bucağa baxmamalı idi. Məncə, bu, qapıçı Kamran Ağayevin səhvidir ki, hakimin fiti səslənməmiş boşaldı və qapısından uzaqdan belə bir top buraxdı”.
X.İsayev bu qolun vurulmasında hakimlərin səhvinin olmadığını da əlavə edib: “Çox adam elə bilir ki, bu, hakimin səhvidir. Amma hakimin səhvi o vaxt olar ki, haqsız yerə fit çalar və hansısa qolu saymazdı. Əgər fit çalınmayıbsa... Fit əsas şərtlərdən biridir, hətta hakimdən də üstündür. Fit çalınmasa, oyunun dayanması mümkün deyil”.
Komissiya sədri futbol sahəsində ədalətli oyun qaydalarının pozulması ilə bağlı indiyədək onlara heç bir müraciətin daxil olmadığını əlavə edib. Lakin o, digər növlər üzrə məktublar aldıqlarını açıqlayıb: “Bu gün bizə çoxlu sayda müraciət daxil olur. Hətta İran vətəndaşı olan Nəcəfi soyadlı beynəlxalq dərəcəli hakim ona Azərbaycanda haqsızlıq edildiyi haqda Milli Olimpiya Komitəsinə məktub yazıb. Şamaxı idmançılarının Azərbaycan çempionatında qanunsuz çıxış etmələri, Azərbaycan Qılıncoynatma Federasiyası daxilində müəyyən anlaşılmaz prinsiplər barədə məktublar daxil olur. Yəni, kim istəyirsə, məktub yaza bilər. Biz də bu sahədə onlara müəyyən kömək edə bilərik”.
Qeyd edək ki, “Bakı” “Xəzər Lənkəran” matçı paytaxt klubunun qələbəsi ilə başa çatıb – 2:1. “Bakı”nın ilk qolunu Ernad Skuliç vurub. O, mərkəz dairəsi yaxınlığında qarşısına atılan mübahisəli topu “Xəzər Lənkəran”ın qapısına doğru yönəldib. Bu vaxt qapıçı Kamran Ağayev xeyli irəlidə olduğu üçün top onun başı üzərindən tora daxil olub. Bu qol “Xəzər Lənkəran” düşərgəsində narazılıqla qarşılanıb.
mənbə: lent.az
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi