“Saşa Yunisoğlu ilə müqavilə bağlayıb, tez bir zamanda da bunu pozmağımız haqda yayılan informasiyalar həqiqətə uyğun deyil”. Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov söyləyib.
Paytaxt klubunun rəsmisi Saşa ilə maraqlandıqlarını, onun transferində maraqlı olduqlarını təsdiqləsə də, bu keçidin baş tutmamasının müəyyən səbəblərinin olduğunu bildirib: “Əslində, Saşanın keçidinin baş tutmamasının səbəblərini baş məşqçimiz Arif Əsədov mətbuata açıqlamışdı. Amma öz növbəmdə mən bir daha bu məsələyə aydınlıq gətirmək istərdim. Biz Saşa ilə həqiqətən də görüşüb, danışıqlar aparmışdıq. Hətta aramızda ilkin razılıq da əldə olunmuşdu. Lakin Saşa qəti qərar vermək üçün bizdən vaxt istədi. Dediyinə görə, onun xidmətində maraqlı olan hansısa xarici klublar var ki, onlarla da danışıqlarını yekunlaşdırandan sonra bizə qəti qərarını deyəcək. Lakin onun dediyi müddət başa çatsa da, Saşadan bir xəbər çıxmadı. Əlaqə saxladıqda daha bir neçə gün möhlət verməyimizi istədi. Lakin onun vaxtı uzatması bizim planlarımıza qətiyyən uyğun deyildi. Çünki növbəti mövsüm üçün qarşısına ciddi məqsədlər qoyan “Neftçi” artıq hazırlıqlara start veridiyindən, biz indidən heyəti komplektləşdirməkdə maraqlıyıq. Lakin Saşa bizdən çox vaxt istədiyindən, onun transferini qapamaq məcburiyyətində qaldıq. Yəni onunla heç bir müqavilə bağlamamışdıq. Danışıqların gedişi sadəcə dediyim şəkildə olub. Burda hansısa müqavilədən, onun tezliklə pozulmasından söhbət gedə bilməz”.
Tahir Süleymanov gəncləşdirmə siyasəti apardıqlarını, əsasən yerli oyunçulardan ibarət komanda formalaşdırmaq istədiklərini bəyan etdikləri halda, bir neçə yaşlı futbolçuyla güclənmələrinə də münasibət bildirib: “Mən bu fikirlərlə də qətiyyən razı deyiləm. Çünki heyətimizə qatdığımız yeni oyunçulardan 3-ü legioner olsa da, “Neftçi”də kifayət qədər gənc və perspektivli futbolçu var. İnşallah, yaxın günlərdə tam heyətimizi açıqlayanda “Neftçi”də orta yaş həddinin nə dərəcədə aşağı olduğunu özünüz də görəcəksiniz. Əslində isə futbolçunun elə əsl oynayan vaxtları elə 25-30 yaş aralığına təsadüf edir. Yenilərimizdə də ən yaşlısı Slavko Georgiyevskidir ki, onun da 30 yaşı var. Rauf Mehdiyevə gəlincə, onun yaşının 34 olması daha çox qabardılır. Ancaq nəzərə alsaq ki, Rauf qapıçıdır və onlar üçün yaş amili elə də ciddi əhəmiyyət daşımır. Həm də Rauf çempionluq ruhu olan, təcrübəli, başqalarına örnək ola biləcək, vaxtilə millinin formasını geymiş qapıçıdır”.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi