«Qarabağ»ın «Metallurq»la oyunu rumıniyalı hakimlərə tapşırıldı

«Qarabağ»ın «Metallurq»la oyunu rumıniyalı hakimlərə tapşırıldı
XƏBƏR 24 İyun 2010 / 16:28 2646
-  A +

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 1-də keçiriləcək «Qarabağ» - «Metallurq» (Makedoniya) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: İstvan Kovacs
Baş hakimin köməkçiləri: Miklos İstvan Nagy, Radu Adrian Stefan Ghinguleac
Dördüncü hakim:
Ovidiu Alin Hategan
(Hakimlər briqadası Rumıniyadandır)
Hakim-inspektor: Rodger Gifford (Uels)
UEFA nümayəndəsi:
Patrick Uattebled (Fransa)


Son xəbərlər