Almaniyada İngiltərə ilə oyun öncəsi Şvaynştayger şoku

Almaniyada İngiltərə ilə oyun öncəsi Şvaynştayger şoku
XƏBƏR 24 İyun 2010 / 15:58 2282
-  A +

Dünya çempionatının 1/8 final mərhələsində İngiltərə ilə mübarizə aparacağı dəqiqləşən Almaniyanın aparıcı orta sahə oyunçusu Bastian Şvaynştaygerin baldırından aldığı zədə ucbatından iyunun 27-də keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub. Dünən qrupdakı son oyununda Qana üzərində qazanılan qələbə sayəsində adını növbəti mərhələyə yazdıran bundestimin baş məşqçisi Yoahim Löv matçdan sonra keçirdiyi mətbuat konfransında təcrübəli futbolçunun xidmətindən yararlana bilməyəcəklərini açıqlayıb. “Zədə baxımından ciddi çətinliklər yaşayırıq. Boatenqin kürəyində ağrıları var. Şvaynştayger isə üst baldırından zədələnib. Boaten1in durumu yaxşılığa doğru getsə də, Bastian üçün eyni sözləri deyə bilməyəcəyəm. Həkimlər korpusu əlindən gələni etsə də, qarşıdakı oyunda çıxış etməmək ehtimalı daha çoxdu”.

 


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner