Qarşısına ciddi məqsədlər qoyan "Neftçi" PFK mövsümlərarası fasilədə daha bir transfer gerçəkləşdirib. Qol.Az-ın klubun saytına istinadən məlumatına görə, flaqman braziliyalı futbolçu Alessandro Viana da Silva ilə anlaşıb. Alessandro müdafiənin sol cinahında, əsasən hücumameylli mövqedə çıxış edir. Braziliyanın "Atletiko Paranaense", Avstraliyanın "Melburn" klublarında oynamış futbolçunun axırıncı komandası vətənində "İtuano" olub.
Klubun bazasında Silva ilə rəsmi müqavilə bağlanılıb. "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeni transfer barədə bunları deyib: "Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. "Neftçi" klubu olaraq, ölkəmizdə futbolun inkişafına töhfə vermək istəyirik. Artıq yay transfer dövründə bir neçə futbolçunun keçidini həll etmişik. Növbəti transfer - Alessandro Viana da Silvanın flaqmanda uğurla çıxış edəcəyinə inanıram. Heyətimizi gücləndirərək, yeni mövsümdə yalnız çempionluq uğrunda mübarizə aparacağıq".
Alessandro Viana da Silva "Neftçi"yə transfer olduğu üçün məmnun olduğunu bildirib: "Bu kluba transfer olduğum üçün çox şadam. "Neftçi"nin prezidentinin futbola nə qədər can yandırdığı ilk görüşdən belə, çox yaxşı hiss olunur. Sadıq Sadıqov futbol klubunun prezidenti olmaqla yanaşı, həm də yaxşı insan, yaxşı dostdur. Ümidvaram ki, qarşıda məni uğurlu mövsüm gözləyir. Avstraliyada keçirdiyim ilk legioner həyatı uğurlu alınıb. Orada "Melburn"un heyətində çempion titulu qazanmışam. İnanıram ki, "Neftçi"də keçirəcəyim birinci mövsümdə də analoji nailiyyəti təkrarlayaraq, qızıl medala sahib çıxacağam".
Tərəflər arasında müqavilə bağlandıqdan sonra "Neftçi" PFK-nın prezidenti 16 nömrəli futbolkanı Alessandro Viana da Silvaya təqdim edib.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi