“Olimpik-Şüvəlan” üçün bir gündə iki oyun

“Olimpik-Şüvəlan” üçün bir gündə iki oyun
XƏBƏR 24 İyun 2010 / 12:27 1640
-  A +

"Olimpik-Şüvəlan"ın yoxlama oyunlarında qarşılaşacağı bəzi rəqiblərin adı məlum olub. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, “təyyarəçilər” sabah - iyunun 25-də 19 yaşlılardan ibarət milli komanda ilə görüşəcək. Bir gündə iki oyun keçirməyi planlaşdıran və yetirmələrinin hamısını yoxlamaq istəyən baş məşqçi Nazim Süleymanov bu matçın səhər saatlarında oynanılmasına qərar verib. Daha doğrusu, U-19-la qarşılaşma saat 9.30-da Sumqayıt şəhər stadionunda baş tutacaq. Ayın 25-nə təyin olunan ikinci matç isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. "Qarabağ"la görüşdə qüvvəsini sınayacaq "Olimpik-Şüvəlan" iyunun 26-da da meydançaya çıxacaq. Bu dəfəki rəqib isə MOİK olacaq.


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner