Türkiyə millisinin baş məşqçisi yığmamızla oyunu 3 hissəyə böldü

Türkiyə millisinin baş məşqçisi yığmamızla oyunu 3 hissəyə böldü
XƏBƏR 24 İyun 2010 / 11:40 1649
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçirilən və yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatan  yoldaşlıq oyunundan sonra Türkiyə millisinin baş məşqçisi Vedat Uysal fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın saytına istinadən məlumatına görə, türkiyəli çalışdırıcı fikirlərini belə ifadə edib: «Bu oyunu 3 hissəyə bölmək olar. İlk hissə kəşfiyyat xarakteri daşıyırdı. İkinci hissədə bizim səhvlərimizdən istifadə edən rəqib üstünlüyü ələ keçirdi və nəticədə hesab 5:1 oldu. Son hissədə fəallaşsaq da, ancaq 3 qol vura bildik. Bu oyun seçmə oyunlar öncəsi bizim üçün çox  faydalı oldu».

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu