Millimiz Türkiyəyə məğlubiyyətin əvəzini çıxdı

Millimiz Türkiyəyə məğlubiyyətin əvəzini çıxdı
XƏBƏR 24 İyun 2010 / 11:13 1872
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Emil Cabbarovun baş məşqçisi olduğu komandamız ölkəmizin qonağı olan Türkiyə yığması ilə görüşüb. AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunmuş meydançada baş tutan qarşılaşmada millimiz 5:4 hesabı ilə qələbə qazanıb. Bu oyunda Müslüm Hüseynov (2), Elvin Quliyev, Hikmət Bağırov və Asif Zeynalov fərqləniblər.
Qeyd edək ki, yığmamız bundan bir gün əvvəl də Türkiyə millisi ilə qarşılaşsa da, qalib müəyyənləşməmişdi - 2:2. Nəticədə penaltilər seriyası yerinə yetirilmişdi ki, belədə qonaqlar üstün olmuşdu – 11:12.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu