Facebook istifadəçilərindən «Qarabağ»a dəstək

XƏBƏR 23 İyun 2010 / 15:06 2169
-  A +

Facebook şəbəkəsinin istifadəçiləri arasında "Milli yığmamız və klublarımız" adlı  kampaniyaya start verilib. Saytın adminləri Qol.Az-a bildiriblər ki, 4000-dən çox üzvü olan səhifənin yüzlərlə iştirakçısı avrokuboklarda bütün klublarımızı bir sektorda dəstəkləmək barədə qərar verib. Facebook istifadəçiləri ilk olaraq iyulun 1-də Tofiq Bəhramov adına respublika stadionunda Makedoniyanın «Metallurq» klubu ilə görüşdə «Qarabağ»a dəstək verəcəklər. «Biz bütün səhifə üzvləri stadionun 11-ci sektorunda birləşib «Qarabağ»ı möhtəşəm şəkildə dəstəkləmək istəyirik» - deyə məlumatda bildirilib.

 

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu