"Neftçi"də məşqlər intensivləşdi

XƏBƏR 23 İyun 2010 / 13:17 2144
-  A +

Unibank Premyer Liqasının 2010/11 mövsümünə hazırlaşan "Neftçi" komandası məşqləri davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən "flaqman"da məşqlər intensivləşib. Komanda günü iki məşqlə tamamlayacaq. Səhər məşqini dəniz kənarında keçən "ağ-qaralılar" əsasən fiziki hazırlıqlara üstünlük veriblər. Zədəli futbolçular Rail Məlikovla Ruslan Əmircanov klubun bazasında fərdi məşq ediblər. Komanda ikinci məşqini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.
 


Qarabağ FK
Son xəbərlər
topaz banner