"İnter"in növbəti rəqibinin adı açıqlandı

XƏBƏR 23 İyun 2010 / 10:57 1813
-  A +

Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu iyunun 25-də növbəti yoxlama oyununu keçirəcək. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq yoxlama oyununda "İnter"in rəqibi Bolqarıstanın I liqa təmsilçisi "Botev" klubu olacaq.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində "İnter" keçirdiyi iki yoxlama oyununda "Pravets" klubunu 6:1 və "KİM Minyol" klubunu 3:1 hesabı ilə məğlub edib.

 

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu