"Xəzər Lənkəran" bu gün növbəti oyununu keçirəcək

XƏBƏR 23 İyun 2010 / 10:54 1988
-  A +

Almaniyanın Burqhausen şəhərində yay təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran" Avstriyanın "Mattersburq" klubuna qarşı keçirəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırlıq dövrü ərzində iki yoxlama oyunu keçirən "Xəzər Lənkəran" Ukraynanın "Şaxtyor" klubuna 0:2, Avstriyanın "Rid" klubuna isə 0:3 hesabı ilə məğlub olub.

 

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu