"Neftçi"nin yeni transferi, qapıçı Rauf Mehdiyevin klubun rəsmi saytına müsahibəsi
- Unibank Premyer Liqasının 2010/11 mövsümünə "Neftçi"də başlayacaqsan. Bu komandaya keçidin necə alındı?
- Bir müddət əvvəl "Muğan"la müqavilə bağlamışdım. Lakin daha sonra "Neftçi"dən təklif aldım. Flaqmana keçidimlə bağlı "Muğan" rəhbərliyi ilə danışıqlar oldu. Çox sağ olsun "Muğan" rəsmiləri, məni başa düşdülər və transferimə imkan yaratdılar.
- Vaxtilə sabit oyununla diqqət çəkirdin, avrokuboklarda parlaq çıxış edirdin. Lakin son zamanlar komandanı tez-tez dəyişirsən. Bunun əsas səbəbi nədir?
- Düz deyirsiniz. Mənim oynamaq istəyim çox olduğundan, bir klubda qərar tuta bilmirdim, tələsirdim. Yalnız tələskənlik ucbatından axır vaxtlar bir neçə komanda dəyişmişəm. Etiraf edim ki, heç bir komandada ehtiyat oyunçular skamyasında oturmaq ürəyimcə olmayıb.
- Şübhəsiz ki, "Neftçi"də də səni güclü və sağlam rəqabət gözləyir. Çünki komandanın əsas qapıçısı Paulius Qribauskasdır. Bundan başqa, heyətdə gənc və perspektivli Elçin Sadıqov da yer alır.
- Əslində, mən heç vaxt rəqabətdən çəkinməmişəm. Komandada sağlam rəqabət olmalıdır. Əks təqdirdə, inkişafdan, uğurlardan söhbət gedə bilməz. Özümü rəqabətə tam hazır sayıram.
- Artıq flaqmanda birinci məşqinə çıxmısan. Yeni komandan barədə ilkin təəssüratların necədir?
- "Neftçi"də çox gözəl kollektiv var. Ölkəmizin ən səviyyəli komandalarından biridir. Təsadüfi deyil ki, bu klub futbolumuzun bayraqdarı sayılır. "Neftçi" hər zaman yalnız böyük hədəflər uğrunda mübarizə aparıb. Belə klubun heyətində yer almaq hər bir futbolçuya nəsib olmur.
- Sənin 34 yaşın var. Sahə oyunçusu üçün bu, kifayət qədər böyük yaş həddidir. Hətta bir sıra futbolçular 34 yaşda karyeralarını başa vururlar. Bəs sən necə düşünürsən: yaşın oyununa mənfi təsir göstərmir ki?
- Qapıçılar üçün yaş problemi yoxdur. Hazırda CAR-da keçirilən dünya çempionatında da əksər yığmaların qapıçılarının yaşı 30-dan çoxdur. Əsas odur ki, gücün olsun. Hiss edirəm ki, gücüm var, buna görə də karyeramı yüksək səviyyədə davam etdirməyə qərarlıyam.
- "Neftçi"nin gələn mövsüm hansı nəticəni göstərəcəyini proqnozlaşdırırsan?
- Mənə elə gəlir ki, "Neftçi" növbəti mövsümdə çempion olacaq. Bu komanda həmişə qızıl medallara oynayıb. Lakin son illərdə flaqmanın bəxti gətirmir, komanda "qara zolaq"dadır. Çox istərdim ki, "Neftçi"nin heyətində növbəti çempionluğumu yaşayım. Bu komandada oynamaq uşaqlıq arzum idi. Firkimcə, flaqmanın qızıl medallar qazanmasının vaxtı çatıb.
- Milli komandanın heyətində də forma geyinmisən. Yenidən yığmamızda oynamaq niyyətin var, yoxsa karyeranda milli komanda səhifəsi artıq bağlanıb?
- Yığmanın şərəfini qorumaq hər bir futbolçu üçün şərəfdir. Təbii ki, yenə yığmada oynamaq istəyirəm. Öz üzərimdə işləyib, məşqçilər korpusunun etibarını qazanmağa və əsas heyətdə yer almağa çalışacağam. "Neftçi"də uğurlu çıxışım sayəsində milli komandaya yenidən dəvət alacağıma inanıram.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu